Paytaxtda görünməmiş hadisə: İlanlar kitabxanaya hücum çəkdi – Karantin

ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyəti göstərən Georgetovn kitabxanasına ilanlar hücum edib.

Haradan gəldiyi bəlli olmayan ilanlara görə kitabxana karantinə alınıb.

Hadisə ötən həftənin cümə günü baş verib.

Kitabxana əməkdaşları binanın aşağı mərtəbəsində ilan görməyə başlayıblar. Müvafiq qurumların əməkdaşları ilanları tutaraq meşəyə buraxıblar. Lakin kitabxananın digər əməkdaşları yenə çoxlu sayda ilan aşkarlayıblar.

Rəhbərlik bir şirkətlə ilanların çıxarılması üçün anlaşma əldə edib. Şirkət kitabxanaya giriş imkanı olan hər yeri bağladıqdan sonra binanı iki günlük karantinə alıb.

Şirkət nümayəndələri dünən kitabxananı açanda yalnız bir ilanın dərmanlama nəticəsində öldüyünü təsbit edib. Digər ilanlar isə anlaşılmaz şəkildə yoxa çıxıb.

Kitabxana rəhbərliyi əvvəllər belə bir hadisə ilə qarşılaşmadığını bildirib.

Mütəxəssislər isə hesab edirlər ki, son həftələr yağan güclü yağışlar səbəbindən ilanlar bölgədəki ev və iş yerlərinə girirlər.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31