“Qremmi” mükafatında yeniliklər olacaq
Musiqi dünyasının nüfuzlu “Qremmi” mükafatında xeyli yenilik olacaq.
29 İyun 2018 16:30 DünyaMusiqi dünyasının nüfuzlu "Qremmi" mükafatında xeyli yenilik olacaq.
2019-cu ildə keçiriləcək 61-ci "Qremmi" mükafatının dörd kateqoriyasına namizədlərin sayı beşdən səkkizə artırılıb.
Qadın sənət adamlarına daha az mükafat verildiyi iddia edilərək tənqid olunan "Qremmi"yə bundan sonra daha çox qadının namizəd ola biləcəyi düşünülür. Mükafatda dəyişiklik "Ən yaxşı albom", "Ən yaxşı səs yazısı", "İlin mahnısı" və "Ən yaxşı musiqiçi" kateqoriyalarını əhatə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31