Türkiyəli ekspertlər ölkədə dolların məzənnəsinin 4,4 lirəyə düşəcəyini gözləyirlər
Türkiyə Mərkəzi Bankının pul siyasətində yeni qərarından sonra türk lirəsi dəyər qazanır, TRY/USD nisbəti hətta 4,4 lirəyə düşə bilər.
29 May 2018 14:25 DünyaTürkiyə Mərkəzi Bankının pul siyasətində yeni qərarından sonra türk lirəsi dəyər qazanır, TRY/USD nisbəti hətta 4,4 lirəyə düşə bilər.
Bu fikirlə qonşu ölkənin ekspertləri çıxış ediblər.
Onların fikrincə, ABŞ və Böyük Britaniyadakı tətillərlə əlaqədar bu gün beynəlxalq valyuta birjalarında aktivlik artacaq.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı ötən gün bəyan edib ki, pul siyasətinin əməliyyat çərçivəsinin sadələşdirilməsi prosesi başa çatıb və onun tətbiqinə iyunun 1-dən başlanılacaq.
Yeni qərara əsasən, birhəftəlik repo faizi 16,5% təşkil edəcək. Türkiyə Mərkəzi Bankı pul siyasətini əsasən bu göstərici üzərində quracaq. Bu faiz mövcud maliyyələşmə faizinə (16,5%) uyğundur.
"Report"