Rus təyyarəsi kəndə vakum bombası atdı: 7 dinc sakin öldü - BİRİ KÖRPƏDİR
23 Aprel 2017 17:18 DünyaSuriyanın şimalında yerləşən İdlib vilayətinin Cisr Eş-Şuğur kəndinə vakum bombasının atılması nəticəsində 7 mülki vətəndaş həyatını itirdi.
İdlib Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mustafa əl-Əhməd bildirib ki, rus təyyarəsinin atdığı bomba nəticəsində ölənlərdən biri uşaqdır.
O, çox sayda evin yerlə bir olduğunu, yaralanan mülki şəxslərin ətrafdakı səhra hospitallarına yerləşdirildiyini söyləyib.
Hadisə yerində dağıntılar altında qalanların olduğu da ehtimal edilir. Xilasetmə işləri davam edir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31