Gecə klubuna SİLAHLI BASQIN

İstanbulda gecə klubuna gələn müştəri ilə mühafizəçilər arasında mübahisə düşüb. Naməlum şəxs içəri buraxılmayınca silaha əl atıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir  ki, Etilerdə baş verən hadisə klubda əylənən müştəriləri həyəcanlandırıb.

Silahlı insident zamanı mühafizəçilərdən biri ayağından yaralanıb. Hadisəyə səbəb olan şəxs də boynundan yaralanıb. Sonradan onun müalicə üçün getdiyi xəstəxanadan qaçdığı məlum olub.

Polis hadisə yerini nəzarətə götürüb. Silahlı şəxsin axtarışı davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31