İŞİD kimyəvi silaha əl atdı
16 Aprel 2017 00:30 DünyaİŞİD terror qruplaşmasının yaraqlıları cümə günü İraqın Mosul şəhərinin qərbində yerləşən və bu yaxınlarda azad olunmuş rayonlarda zəhərləyici maddə tətbiq ediblər.
Bu barədə İraq ordusundakı anonim mənbəyə istinadən "Associated Press" məlumat yayıb.
Onun sözlərinə görə, İŞİD yaraqlıları tərkibində xlor olan raket atıblar. Hücum nəticəsində yeddi hərbçinin tənəffüsündə problem yaranıb, onlar xəstəxanaya yerləşdirilib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31