Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bunları deyib: "İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb".

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31