Toy mərasimi keçirilən bərə aşdı - Azı 20 nəfər öldü

Myanmadan keçən Pateyn çayında bərənin aşması nəticəsində ən azı 20 nəfər həyatını itirib.

Bərənin göyərtəsində 40-dan çox adam olub.

Hökumət insidentin araşdırılmasına başlayıb.

"Reuters"in məlumatına görə, gəmidə toy mərasimi keçirilib və təqribən 60 nəfər qonaq olub. Bərə yük gəmisi ilə toqquşub və batıb. 27 nəfər xilas ola bilib. Digər sərnişinlərin axtarışı davam etdirilir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31