Narkotik alveri üstündə həbs olunan müğənni evlənir

Dəniz Səki həbsxanadan çıxan kimi sevgilisi Faruk Samirlə evlənəcək. Narkotik alveri ilə məşğul olduğu üçün 3 ildir həbs olunan bəstəkar-müğənninin azadlığa qovuşmasına çox az qalıb. Dəniz Səki iyunun 17-də azad olduqdan dərhal sonra nikah masasına oturacaq. Uzun müddətdir ki, Faruk Samirlə sevgili olan məşhur onun Bakırköy qapalı qadın həbsxanasında etdiyi evlilik təklifini artıq qəbul edib.

İddialara görə, cütlük ilk növbədə Avropaya səyahətə çıxmağı, qayıtdıqdan sonra isə evlənməyi planlaşdırıb.

Bundan başqa, müğənni artıq konsert turu ilə pərəstişkarlarının görüşünə gəlməyə hazırlaşır. D.Səki həbsdə yazdığı yeni mahnılarından ibarət albom da çıxardacaq. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31