Səhərə yaxın hotelə girərəkən görüntüləndi - İddialar düz çıxdı
Tuba Büyüküstün ilə evli olan Onur Saylakın səhərə yaxın Beşiktaşdakı bir hotelə girərkən görüntülənməsi görənləri çaşbaş salıb. Tuba Büyüküstün ilə boşanacaqları söz-söhbətləri gəzən Onur Saylakın hotel görüntüsü ayrılıq dedi-qodularını bir az da alovlandırıb.
7 Aprel 2017 19:13 DünyaTuba Büyüküstün ilə evli olan Onur Saylakın səhərə yaxın Beşiktaşdakı bir hotelə girərkən görüntülənməsi görənləri çaşbaş salıb. Tuba Büyüküstün ilə boşanacaqları söz-söhbətləri gəzən Onur Saylakın hotel görüntüsü ayrılıq dedi-qodularını bir az da alovlandırıb.
Rəsmi olaraq boşanmadıqlarını ancaq evlərini ayırdıqları öyrənilən cütlükdən Onur Saylak jurnalistlərin suallarını cavabsız qoyub. Görünən o olub ki, Tuba kimi aktyorluq edən Onur artıq hoteldə qalır.
Saylakın istifadə etdiyi avtomobilin nömrəsində həyat yoldaşının baş hərfi - "T" olması da diqqət çəkib. Milli.az gazetevatan-a istinadən xəbər verir.