Alp dağlarında beş alpinist ölüb
Bu gün Alp dağlarının İtaliyaya aid hissəsində beş alpinist ölüb, bir nəfər xəsarət alıb. Hadisəyə buzlağın bir hissəsinin çökməsi səbəb olub.
16 Fevral 2017 17:02 DünyaBu gün Alp dağlarının İtaliyaya aid hissəsində beş alpinist ölüb, bir nəfər xəsarət alıb. Hadisəyə buzlağın bir hissəsinin çökməsi səbəb olub. Məlumata görə, bir qrup alpinist Fransa ilə sərhəddə olan Vale-Daosta vilayətindəki dağa çıxmaq istəyib. Dağ yamacındakı buz onların üzərinə düşüb. Nəticədə 5 alpinist ölüb, biri xəsarət alıb. Xəsarət alan alpinist helikopterlə ərazidən uzaqlaşdırılıb. Bu, son həftədə Alp dağların bu hissəsində baş verən sayca ikinci hadisədir. Bir neçə gün əvvəl baş vermiş insident zamanı dörd alpinist ölüb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31