Məşhur müğənni qəzaya düşdü
14 Fevral 2017 20:58 DünyaTürkiyəli müğənni Sıla Gençoğlu yol qəzasına uğrayıb.
Ankaraya konsert vermək üçün CİP markalı avtomobillə yola çıxan sənətçinin maşını yoldan çıxaraq qəzaya düşüb.
Qeyd olunur ki, qəza zamanı Sıla ilə birlikdə avtomobildə 4 nəfər olub, sürücü istisna olmaqla onlar yaralanıblar.
Yüngül xəsarət alan Gençoğlu təcili tibbi yardım maşını ilə Düzcə Atatürk Dövlət Xəstəxanasına, digər yaralılar isə Qızıl və Sarıqayaya Dövlət xəstəxanalarına aparılıblar.
Sənətçinin meneceri Serkan Güney açıqlamasında bildirib ki, Sılanın vəziyyəti yaxşıdır: "O, xəstəxanada müayinə olundu və hazırda Ankarada konsert vermək üçün yola çıxmışıq". Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31