“Amazon” şirkəti şəkil vasitəsilə yaşın müəyyənləşdirilməsi xidmətini təqdim edib
14 Fevral 2017 19:57 Dünya"Microsoft" şirkəti xeyli müddət əvvəl şəkillər vasitəsilə insanların yaşının təyin edilməsi üçün xidmət təqdim etmişdi. İndi "Amazon" şirkəti oxşar həll təqdim edib. Yeni xidməti sınaqdan keçirmiş istifadəçilər hər iki xidməti müqayisə edərək belə qənaətə gəliblər ki, "Amazon" şirkətinin həlli yalnız yaş qrupunu deyil, həm də insanın üz ifadəsini müəyyənləşdirir və daha dəqiq işləyir.
İstifadəçilər "Amazon" şirkətinin yeni həllinin "SDK"-ni yükləyə və ya xüsusi veb səhifədə demo versiyadan istifadə edə bilərlər.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31