Ərdoğan yenə Avropa İttifaqından gileyləndi

Türkiyə miqrasiya sazişi çərçivəsində Avropa İttifaqından (Aİ) tam həcmdə vəsaiti hələ də almayıb.

Türkiyə miqrasiya sazişi çərçivəsində Avropa İttifaqından (Aİ) tam həcmdə vəsaiti hələ də almayıb.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib: "Aİ bizə 3 milyard avro vəd etmişdi. Bu məbləğin yalnız 179 milyonunu almışıq. Onlar söz verirlər, yalnız sözlərini tutmurlar. Buna baxmayaraq, müharibədən qaçan insanları qəbul etməyə davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31