5 nəfər Kardaşyanı tapança ilə hədələdi, 11 milyon dolları apardılar - VIDEO 

Kim Kardaşyan Parisi özəl reaktiv təyyarədə tərk edib. Milli.Az The Local-a istinadən bildirir ki, üzlərində maska, əyinlərində polis paltarları olan 5 nəfər erməni realiti-şou ulduzunu tapança ilə hədələyərək onun 11 milyon dollarlıq zinyət əşyalarını aparıblar.

Kim Kardaşyan Parisi özəl reaktiv təyyarədə tərk edib.

Milli.Az The Local-a istinadən bildirir ki, üzlərində maska, əyinlərində polis paltarları olan 5 nəfər erməni realiti-şou ulduzunu tapança ilə hədələyərək onun 11 milyon dollarlıq zinyət əşyalarını aparıblar.

Quldurlar Kardaşyanı vanna otağına salıb, qapını bağlayıblar və qarətə başlayıblar

Quldurlar Kardaşyanın iki mobil telefonunu da götürüblər.

Quldurların apardıqları zinət əşyaları arasında reper Kanye Uestin erməni Kardaşyana bağışladığı 3,5 milyon dollarlıq nişan üzüyü də var.

İlkin məlumatlara görə, maskalı şəxslər qarətdən sonra hadisə yerini velosipedlərdə tərk ediblər.

K.Kardaşyanın şəxsi cangüdəni Paskal Duvye olay zamanı realiti-şou ulduzunun yanında olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31