"Whatsapp" yazışmaları yayıldı, Rafetin yalanı çıxdı
Müğənni Rafet El Roman və Ceren Kaplakarslan arasındakı boşanma prosesində növbəti qalmaqal ortaya çıxıb.
3 Oktyabr 2016 16:25 DünyaMüğənni Rafet El Roman və Ceren Kaplakarslan arasındakı boşanma prosesində növbəti qalmaqal ortaya çıxıb.
Türkiyə mətbuatının məlumatına görə, bir neçə gün əvvəl Cerenin adından yayılanüzr məktubunun onun yazmadığı ortaya çıxıb. Qadın sosial şəbəkədə Rafeti bu məktubu yalandan yazmaqda ittiham etdikdən sonra müğənni də sərt cavablar vermişdi.
"Renkli sayfalar" proqramında isə Rafetin "Whatsapp" yazışmaları yayımlanıb. İkili arasındakı yazışmada müğənni "Məktubu yaymaqda səhv etdim" fikirləri diqqət çəkir. Kaplakarslan isə "Mənim dilimdən necə belə bir məktub yazıb mətbuata verə bilərsən?" yazıb. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



