Moskvada daha bir məscid tikiləcək

Moskvada 5-ci məscidin tikintisi planlaşdırılır. Report bildirir ki, bu barədə Rusiya Müsəlman Ruhaniləri İdarəsi və Rusiya Federasiyası Müftilər Şurası sədrinin müavini Ruşan Abbyasov deyib.

Moskvada 5-ci məscidin tikintisi planlaşdırılır.

Report bildirir ki, bu barədə Rusiya Müsəlman Ruhaniləri İdarəsi və Rusiya Federasiyası Müftilər Şurası sədrinin müavini Ruşan Abbyasov deyib.

Onun sözlərinə görə, Moskva hökuməti ilə məscidin tikiləcəyi yer və inşaatla bağlı texniki məsələlər həllini tapmaq üzrədir.
R.Abbyasov bildirib ki, hazırda Moskvada 4 məscid var və daha 2 məscid isə ərəb dövlətləri səfirliklərinin ərazisində fəaliyyət göstərir: "Məscidlərin tikintisi Rusiyanın bütün bölgələri üçün aktual məsələdir. 1918-ci ilədək Rusiyada İslam dininə aid 15 min ibadət yeri var idi. 1991-ci ildə isə onların sayının 100-dən az olduğu qeydə alınıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31