İsrail Türkiyəyə təzminat ödədi

İsrail hökuməti "Azadlıq donanması" ilə bağlı insidentə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyib.

İsrail hökuməti "Azadlıq donanması" ilə bağlı insidentə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyib.

Trend bildirir ki, vəsait Türkiyə Ədliyyə Nazirliyinin hesabına köçürülüb.

Qeyd edək ki, iki ölkə arasında əlaqələr 2010-cu ildə "Azadlıq donanması" ilə bağlı baş vermiş insidentdən sonra pisləşmişdi. Həmin insident zamanı Qəzza sektoruna istiqamət almış gəminin 9 türkiyəli üzvü İsrail hərbçiləri tərəfindən öldürülmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31