"Hindistanı nüvə silahı ilə məhv edəcəyik"
Əgər müharibə başlasa, Hindistanı nüvə silahı ilə məhv edəcəyik.
30 Sentyabr 2016 17:58 DünyaƏgər müharibə başlasa, Hindistanı nüvə silahı ilə məhv edəcəyik.
Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan müdafiə naziri Xavac Asif söyləyib. Onun sözlərinə görə, Pakistan Hindistan tərəfindən olacaq istənilən hücuma cavab verməyə hazırdır.
Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində vəziyyət gərginləşib. Bu gərginlik, xüsusilə Pakistanın iki hərbçisinin hind əsgərləri tərəfindən öldürülməsindən sonra pik səviyyəyə çatıb. Bundan başqa, Kəşmirdə də qeyri-stabillik artıb. Rəsmi Dehli gərginliyin yaranmasında rəsmi İslamabadı günahkar hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31