Sarkisyana ultimatum verildi

Ermənistan hakimiyyəti Dünya Bankının noyabrda keçiriləcək növbəti iclasına qədər yeni Vergi Məcəlləsinin qəbul edilməsinə tələsir.

Ermənistan hakimiyyəti Dünya Bankının noyabrda keçiriləcək növbəti iclasına qədər yeni Vergi Məcəlləsinin qəbul edilməsinə tələsir.

Dünya Bankı məhz onda bu ölkəyə kredit verib-verməyəcəyini qərara alacaq.

Virtualaz bildirir ki, bu barədə "Aykakan jamanak" qəzeti yazıb.

"Məlumdur ki, beynəlxalq təşkilat Ermənistana kredit vermə məsələsində vergi rüsumlarını 60-70 milyard dram artırmaq şərti qoyub. Vergi Məcəlləsinin qəbulu ilə Ermənistan bu şərtləri yerinə yetirməyə cəhd edir, əks halda 2017-ci ildə donor-təşkilatlar Ermənistana kredit verməyəcəklər", - qəzet vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31