"Kurtlar Vadisi Pusu" Kanal D-dən də imtina etdi
"Kurtlar Vadisi Pusu" serialı yeni mövsümə başlamaq üçün telekanal tapa bilmir.
30 Sentyabr 2016 19:10 Dünya"Kurtlar Vadisi Pusu" serialı yeni mövsümə başlamaq üçün telekanal tapa bilmir.
Axşam.az bildirir ki, Kanal D-ilə razılaşdığı deyilən ekran işi danışıqları dayandırıb və yayımdan imtina edib. Nəticə əldə olunmayınca serialın taleyi yenidən qaranlıq qalıb.
Yeni mövsümdə 15 iyul hərbi qiyama cəhd gecəsini də mövzu edəcəyi gözlənilən "Kurtlar Vadisi Pusu"nu çəkən şirkət "Pana Film" hələ ki heç bir açıqlama vermir.
Xatırladaq ki, yeni mövsümdə layihədə bir zamanlar "Arka sokaklar"ın baş rolunda çəkilmiş Uğur Pektaş da yer alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31