Rusiya XİN: "Taliban"la heç bir əlaqəmiz yoxdur

"Rusiyanın "Taliban" hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Ancaq humanitar məsələlərlə bağlı əlaqə kanalı var".

"Rusiyanın "Taliban" hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Ancaq humanitar məsələlərlə bağlı əlaqə kanalı var".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.
 

"Siz təsəvvür etməlisiniz ki, "Taliban" hərəkatı nədir. Bu, BMT-nin sanksiya siyahısına daxil edilmiş terrorçu qruplaşmadır. Əlbəttə ki, taliblərlə heç bir əlaqəmiz yoxdur. Bizim yalnız insan hüquqları və əsrlərlə bağlı humanitar məsələlərə aid kanalımız mövcuddur", - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31