50 yaşlı müğənni hamilə qaldı, "şişdi"
Mərhum pop kralı Maykl Ceksonun bacısı, 50 yaşlı müğənni Canet Cekson hamilədir. O, uzun sürən fasilədən sonra yenidən paparassilərin kameralarına "hədəf" olub.
30 Sentyabr 2016 11:02 DünyaMərhum pop kralı Maykl Ceksonun bacısı, 50 yaşlı müğənni Canet Cekson hamilədir.
O, uzun sürən fasilədən sonra yenidən paparassilərin kameralarına "hədəf" olub.
The Daily Mail bildirir ki, 50 yaşlı Canet Cekson Londonda mühafizəçilərinin müşayiəti ilə alış-verişdə idi. O, dünyaya gətirəcəyi övladı üçün geyim və oyuncaqlar alırdı.
Canet Ceksonun hamiləliyi normal keçmir. Belə ki, o, 43 kq kökəlib. "Yaman şişmişəm" deyən müğənninin çəkisi 113 kiloqrama çatıb.
Müğənninin səhhətində ağırlaşmalara yol verməmək üçün həkimlər ona mümkün qədər az hərəkət etməyi tapşırıblar.
C.Cekson 41 yaşlı qətərli iş adamı Vissəm əl Məna ilə nikahdadır. Milli.az