Rusiyada evdə baş verən yanğında üç uşaq ölüb
Rusiyanın Pskov vilayətində fərdi evdə baş verən yanğında üç uşaq ölüb.
30 Sentyabr 2016 10:53 DünyaRusiyanın Pskov vilayətində fərdi evdə baş verən yanğında üç uşaq ölüb.
RİA "Novosti" agentliyinin verdiyi məlumata görə, hadisə sentyabrın 30-da gecə Novosokolniki rayonunun Çirki yaşayış məntəqəsində qeydə alınıb.
Birmərtəbəli taxta evdə baş verən yanğından sonra üç azyaşlının meyiti dağıntılar altında aşkar edilib.
Hadisənin səbəbləri araşdırlır.
Sentyabrın 23-də Rusiyanın Omsk vilayətində fərdi evdə baş verən yanğında isə dörd uşaq ölmüşdü. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31