Rusiyada şəhər meri soyğunçuluq etdiyinə görə həbs edilib

Rusiyanın Sankt Peterburq şəhəri yaxınlığında yerləşən Kolpino şəhərinin icra başçısı Vadim İvanov 2003-cü ildə törətdiyi soyğunçuluğa görə bir ay müddətinə həbs olunub.   

Rusiyanın Sankt Peterburq şəhəri yaxınlığında yerləşən Kolpino şəhərinin icra başçısı Vadim İvanov 2003-cü ildə törətdiyi soyğunçuluğa görə bir ay müddətinə həbs olunub.   

APA-nın "FlashNord"a istinadən verdiyi xəbərə görə, bu barədə Sankt Peterburqun Oktyabr Rayon Məhkəməsindən bildirilib.  

İstintaq materiallarına əsasən,  Vadim İvanov 2003-cü ilin oktyabrın 4-də yaşayış binalarından birinin girişində qadına tapança ilə hədə-qorxu gələrək xəsarətlər yetirib,  1,4 mln. rubl məbləğində (50 min dollar) pulunu əlindən alaraq, hadisə yerini tərk edib.   

Bundan əvvəl  Vadim İvanov həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31