Təyyarə qəzaya uğradı: ölənlər var
Kanadanın Kvebek əyalətində yüngül motorlu təyyarə qəzaya uğrayıb. "Toronto Sun" qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində iki nəfər həlak olub, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
26 Sentyabr 2016 13:51 DünyaKanadanın Kvebek əyalətində yüngül motorlu təyyarə qəzaya uğrayıb. "Toronto Sun" qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində iki nəfər həlak olub, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
AZƏRTAC bildirir ki, hadisə bazar günü axşam Kvebek əyalətinin şimalında baş verib. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiq bilinmir.
Qəza yerinə iki təyyarə və helikopter göndərilib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31