Tereza Ana müqəddəs elan olundu
Britaniyanın ən məşhur müğənnilərindən biri Rita Ora Vatikandakı Müqəddəs Pytor kilsəsində Tereza Ananın katolik kilsəsinin müqəddəsləri sırasına şamil edilməsi mərasimində oxuyub.
5 Sentyabr 2016 12:53 DünyaBritaniyanın ən məşhur müğənnilərindən biri Rita Ora Vatikandakı Müqəddəs Pytor kilsəsində Tereza Ananın katolik kilsəsinin müqəddəsləri sırasına şamil edilməsi mərasimində oxuyub.
Milli.Az European-a istinadən bildirir ki, əslən alban olan Anyeza Qonce Boyaciu dünyada Tereza Ana kimi tanınmışdı.
25 yaşlı alban Rita Ora da həmvətəninin kanonizasiya mərasimində "What Child Is This" mahnısını ifa edib.

Müqəddəs Pyotr meydanında mərasim zamanı 100 mindən artıq katolik vardı. Mərasimə 12 ölkənin dövlət və hökumət başçıları da qatılmışdı.
Əsl ad və soyadı Anyeza Qonce Boyaciu olan Tereza ana 1910-cu ildə Skopye şəhərində anadan olub, 18 yaşında rahibəliyi qəbul edib. 20 il sərasər Hindistanın Kəlküttə şəhərində yaşamış Tereza ana yoxsullara və xəstələrə yardım edən sığınacağın, sonra da hərəkat və təşkilatın rəhbəri olub.
Tereza Ananın 1950-ci ildə yaradığı "Məhəbbətin Missioner Bacıları" qadın rahibə konqreqasiyasında indi 4500 rahibə var. Onlar dünyanın 100 ölkəsində milli və dini mənsubiyyətindən asılı olmayaraq yoxsullarla xəstələrə yardım edirlər. Rahibələr 400 xeyriyyə klinikası, məktəbi və sığınacağında çalışırlar.

1979-cu ildə Nobel Sülh Mükafatını almış Tereza ana 2003-cü ildə Roma Papası 2-ci İoann Pavel tərəfindən "kilsə şəfqətlisi" elan olunmuşdu.
Tereza Ana 1997-ci ildə vəfat edib.
Roma Papası 1-ci Fransisk mərasimdə çıxış edərək deyib: "Biz kilsə şəfqətlisi Kəlküttəli Terezanın müqəddəs olduğunu müəyyənləşdirir və bəyan edirik" ("Decernimus et definimus beatum matris Teresiae de Calcutta sanctum esse").