Sensasiya: Türkiyə XİN-də keçirilən gizli Suriya toplantısı necə dinlənildi - Generalın çantasına "böcək"i kim yerləşdirmişdi?

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra, həbs olunan bəzi zabitlərin eyni zamanda  2014-ci ildə  xarici işlər nazirliyindəki gizli Suriya iclasını qanunsuz olaraq dinləməklə bağlı istintaqa cəlb olunduqları bildirilir.

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra, həbs olunan bəzi zabitlərin eyni zamanda  2014-ci ildə  xarici işlər nazirliyindəki gizli Suriya iclasını qanunsuz olaraq dinləməklə bağlı istintaqa cəlb olunduqları bildirilir.

Avropa.info xəbər verir ki, "Hürriyyət Daily News "un  adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərə görə,  XİN-dən baş tutan gizli toplantı  Türkiyə ordusu baş qərərgahının ikinci rəisi ordu generalı Yaşar Gülərin çantasına yerləşdirilən  "böcək" (dinləmə qurğusu:red)  vasitəsi ilə dinlənilib.

Məlumata görə, 13 mart 2014-ci il tarixində dövrün xarici işlər naziri Əhməd Davudoğlunun otağında keçirilən toplantını dinləmək üçün, ordu generalı  Yaşar  Gülərin cantasına  özünün xəbəri olmadan dinləmə qurğusu yerləşdirilib.

Dinləmə qurğusunun  baş qərərgah rəisi Hulusi Akar və dövrün ikinci baş qərərgah rəisi  Yaşar Gülərin (hazırda Jandarm baş komandanı) yavərləri tərəfindən çantaya yerləşdirildiyi bəlli olub. Bu personal hazırda FETÖ araşdırması çərçivəsində, 15 iyul çevriliş cəhdi zamanı Akar və GÜləri girov götürmək və qaçırmaqda da ittiham olunur.

XATIRLATMA: 13 MART 2014-CÜ İLDƏ NƏ BAŞ VERMİŞDİ? 

13 Mart 2014-cü ildə XİN-də  keçirilən gizli iclasda  Davudoğlu, Hulusi Akar, Yaşar Gülər,  MİT  rəhbəri Hakan Fidan və xarici işlər nazirinin müşaviri  Firudin Sinirlioğlu iştirak edirdi. İclasda aparılan qanunsuz dinləmələrdən  hissələr 26 mart 2014-cü ildə Youtubda yayılmış, daha sonra efir yasağı gətirilmişdi.Dinlmələrin yayılmasından sonra, iclasda  lazım gələrsə Suriyaya müdaxilə ssenariləri, o cümlədən hərbi hazırlıqların müzakirə edildiyi  məlum olmuşdu. İclasda  müzakirə olunan söhbətlərin yayılmasından  bir neçə gün öncə, dönəmin baş naziri Rəcəb Tayyib Ərdoğan  Türkiyə sərhədini  pozan bir Suriya təyyarəsinin vurulduğunu açıqlamışdı. Səs yazıları yayılandan sonra isə başda bəzi müxalifət partiyaları olmaqla  Gülən şəbəkəsi  Türkiyə hökumətini Suriyaya girmək üçün zəmin hazırlamaqda ittiham etmişdi. Onların iddiasına görə, Ərdoğan sərhədi pozan bir Suriya təyyarənin vurulduğunu açıqlamaqla, Türkiyənin Suriyaya hərbi müdaxilə bəhanəsi üçün təxribat hazırlayıb.Hökumətə görə isə bu açıq aşkar casusluq idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31