Ərdoğan Avropa liderləri ilə görüşəcək
Sentyabrın 3-4-də Çində keçiriləcək G-20 Sammitində Almaniya, Fransa və İtaliya lideləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qaçqın problemini müzakirə edəcək.
2 Sentyabr 2016 15:00 DünyaSentyabrın 3-4-də Çində keçiriləcək G-20 Sammitində Almaniya, Fransa və İtaliya lideləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qaçqın problemini müzakirə edəcək.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Merkel açıqlama verib. O bildirib ki, G-20 Zirvə toplantısında Almaniya, Fransa və İtaliya liderləri Türkiyə prezidenti R.T.Ərdoğanla miqrantlarla bağlı görüş keçirəcəklər.
Qeyd edək ki, Türkiyə tərəfindən verilən dünənki açıqlamada türklərə verilən Avropaya vizasız səyahət vədinə əmək edilməyəcəyi təqdirdə miqrant sövdələşməsinin icra edilməyəcəyi bildirilib.
Merkel və bəzi Avropa ölkələrinin liderləri də buna cavab olaraq Türkiyənin vizasız səyahət hüququnu digər 72 şərti yerinə yetirəcəyi təqdirdə əldə edəcəyini deyirlər.