Erməni fərari Rusiyada saxlanılıb
Ermənistan silahlı qüvvələrinin fərari hərbçisi Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində saxlanılıb.
2 Sentyabr 2016 14:23 DünyaErmənistan silahlı qüvvələrinin fərari hərbçisi Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində saxlanılıb.
RİA "Novosti" xəbər verir ki, bu barədə Tümen vilayət prokurorluğundan məlumat veriblər.
Prokurorluğun məlumatına görə, Ermənistan vətəndaşı Vaqe Oqanesyan 2009-cu ildən Ermənistan ordusunda xidmət edib. Bölük komandiri olan 28 yaşlı V.Oqanesyan bu ilin fevral ayında məzuniyyətə çıxıb və elə o vaxtdan ölkəsini tərk edib.
Faktla bağlı "fərarilik" maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsə qiyabi ittiham irəli sürülüb.
Hazırda onun Ermənistana təhvil verilməsi məsələsi həll edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31