Floridanın şimalında son 11 ildə ilk dəfə qasırğa müşahidə olunub
Ermine qasırğası Florida ştatının şimalını cənginə alıb.
2 Sentyabr 2016 14:21 DünyaErmine qasırğası Florida ştatının şimalını cənginə alıb.
BBC xəbər verir ki, bu, ştat ərazisində son 11 ildə müşahidə olunan ilk qasırğadır.
Artıq ABŞ-ın üç ştatında - Corcoya, Florida və Şimali Karolinada fövqəladə vəziyyət tətbiq edilib. Küləyin sürəti saatda 130 km-ə çatır.
Floridanın paytaxtında, Tallahassi şəhərində artıq təxminən 70 min ev işıqsız qalıb. Meteoroloqlar daşqın riski barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Floridada son qasırğa 2005-ci ilin oktyabr ayında müşahidə olunan Uilma qasırğası olub. O zaman beş nəfər həlak olmuşdu. Qasırğanın vurduğu zərərin aradan qaldırılması 23 milyard dollara başa gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31