14 yaşlı uşaq gəlin çıxdı

Diyarbakırda 2015-ci il oktyabrın  26-da İŞİD-ə qarşı başladılan əməliyyat çərçivəsində saxlanılan şübhəli 14 yaşlı Jalə D.-nin 24 yaşlı əmisi oğlu İrfan Ç. ilə evli olduqları məlum olub.

Diyarbakırda 2015-ci il oktyabrın  26-da İŞİD-ə qarşı başladılan əməliyyat çərçivəsində saxlanılan şübhəli 14 yaşlı Jalə D.-nin 24 yaşlı əmisi oğlu İrfan Ç. ilə evli olduqları məlum olub.

Türkiyə KİV-i xəbər verir ki, Terrorla Mübarizə İdarəsinin işçiləri qızın şəxsiyyətini araşdırıblar. Bu zaman qorxuya düşən qadın 25 yaşlı R.Ç.-nın şəxsiyyət vəsiqəsini göstərib.

Araşdırma zamanı onun R. Ç. olmadığını müəyyən edən polisi aldada bilməyəcəyini anlayan Jalə öz şəxsiyyət vəsiqəsini təqdim edib.

İstintaq zamanı bölməyə çağırılan Jale D. və İrfan Ç.-nın ataları həqiqəti etiraf ediblər.

Onlar Jale D. ilə İrfan Ç.-nin hələ 3 il əvvəl dini nikah ilə ailə qurduqlarını deyiblər.

Əməliyyatları Uşaq Şöbə Müdirliyində davam etdirilən və İŞİD-lə bağlı istintaqın şübhəliləri arasında olan Jale D. hamilə olduğu üçün sərbəst buraxılsa da, haqqında məhkəmənin qərarı ilə "Terror təşkilatı üzvü" iddiası ilə cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31