DƏHŞƏTLİ QƏTL: Onunla dalaşan dostunu yatdığı yerdə...

İstanbulda inşası davam edən üçüncü hava limanının tikintisində işləyən bir işçi dava etdiyi dostunu vəhşicə öldürüb.

İstanbulda inşası davam edən üçüncü hava limanının tikintisində işləyən bir işçi dava etdiyi dostunu vəhşicə öldürüb.

Publika.az bildirir ki, dostların mübahisəsi zamanı digər yoldaşları onların əlbəyaxa olmasına mane olublar. Lakin qətlin qarşısını ala bilməyiblər. Belə ki, əsəbləri soyumayan gənc dostu yatan vaxt gizlicə benzin tökərək otağa od vurub.
 
Hadisə nəticəsində yanaraq həlak olan Mehmet Aytaç dəfn olunmaq üçün doğulduğu Diyarbəkir şəhərinə göndərilib.
 
Xatırladaq ki, dostlar işlədikləri inşaat şirkətinin yaxınlığında yerləşən mənzildə birgə yaşayırmışlar.
 
Şəxsiyyəti açıqlanmayan cinayətkar barəsində Türkiyə polisi cinayət işi açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31