Arvadının ölümündən 45 gün sonra 14 yaşlı baldızıyla yoxa çıxdı

Türkiyədə daha bir ilginc olay yaşanıb.

Türkiyədə daha bir ilginc olay yaşanıb.

Türkiyə KİV-i xəbər verir ki, Diyarbəkirdə 24 yaşlı A.Y.-nin tapançayla özünü vuraraq intihar etməsindən 45 gün sonra ər N.Y. 14 yaşlı baldızı ilə birgə yoxa çıxıb.

İntihar edən A.Y.-nin anası polisə ifadəsində qızının intihar etdiyinə inanmadığını, bu ölümdə azyaşlı qızı ilə yoxa çıxan N.Y.-nin əli olduğunu iddia edib. 

Tibbi ekspertiza açıqlamasında bunun intihar olmadığı qənaətində olduğunu bildirib. 

Yoxa çıxan N.Y. və 14 yaşlı qızcığazın axtarışı yönündə istintaq əməliyyatı gücləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31