Yəməndə avtomobilin partladılması nəticəsində 4 hərbçi həlak olub, 6-sı yaralanıb

Yəmənin cənubunda, Abyan əyalətində minalanmış avtomobilin partladılması nəticəsində  hökumət qoşunlarının 4 hərbçisi həlak olub, 6-sı yaralanıb.

Yəmənin cənubunda, Abyan əyalətində minalanmış avtomobilin partladılması nəticəsində  hökumət qoşunlarının 4 hərbçisi həlak olub, 6-sı yaralanıb.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi istinadən verdiyi xəbərə görə, insident Ədəndən 120 km cənub-şərqdə yerləşən Şukrə şəhərində qeydə alınıb.

Məlumata görə, hazırda regionda Yəmənin hökumət qoşunları və "Əl-Qaidə" terror qruplaşmasının silahlıları arasında şiddətli döyüşlər davam edir. Bildirilir ki, son günlər ərzində Yəmən ordusu Səudiyyə Ərəbistanının dəstəyi ilə üç yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31