Aktyorun qızı şantaj olunur - Çılpaq fotoları paylaşılıb

Məşhur aktyor Hakan Gerçekin qızı E. Gerçekin başına iş gəlib.

Məşhur aktyor Hakan Gerçekin qızı E. Gerçekin başına iş gəlib.

"Qafqazinfo" xəbər verir ki, E. Gerçekin eks-sevgilisi M.Ü gənc qızın cinsi məzmunlu fotolarını və telefon nömrəsini dostu Orxan. A- ya göndərib. Orxan isə aktyorun qızına fotolarını göndərərək ona cinsi məzmunlu video göndərməyini tələb edib.

O, "Mənə videolarını atmasan sənin fotolarını sosial şəbəkədə yayacam" deyərək şantaj etməyə başlayıb.

Qorxudan nə edəcəyini bilməyən E. Gerçəkin adın istaqramda saxta hesab açılıb, çılpaq fotoları paylaşılıb.

O, bundan sonra məsələni ailəsinə izah etməyə çalışıb.

Ata Hakan Gerçek və ana Yeliz Gerçek məsələ ilə bağlı polis şöbəsinə müraciət edib.

Cinayət işi açılıb, 22 yaşlı Orxan. A polis şöbəsinə gətirilib.

"Mən M.Ü-nün dostuyam, onun sosial şəbəkədəki hesabı ələ keçirilmişdi. O, dedi ki, mənim hesabımı geri qaytara bilərsən? Mən də dedim ki, cinsi məzmunli bir maraqlı video at, geri qaytararam. O da E. Gerçekin şəkillərini və nömrəsini atdı.

Mənə bunlar lazım deyildi. Sonra söylədi ki, sən özün videonu ondan istə. Mən də mesaj ataraq istədim, saxta hesab açdım, onu qorxutmaq üçün fotolarını paylaşdım", - şantaj edən şəxs bildirib.

Orxan. A-nın gənc qızla cinsi münasibətdə olması üçün şantaj etdiyi, hüquqa zidd olaraq ələ keçirdiyi cinsi məzmunlu şəkilləri yayımlayaraq ifşa etdiyi izah edilib.

Onun haqqında 19 ilə qədər həbs istəyiylə iddia açılıb.

Aktyorun qızı şantaj olunur -  Çılpaq fotoları paylaşılıb
Aktyorun qızı şantaj olunur -  Çılpaq fotoları paylaşılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31