"Ruhlu" villa 2,4 milyon dollara satılır
Keçmiş futbolçu Devid Bekhem və modelyer həyat yoldaşı Viktoriya Fransada yerləşən villalarını satışa çıxarıblar.
15 Avqust 2016 19:56 DünyaKeçmiş futbolçu Devid Bekhem və modelyer həyat yoldaşı Viktoriya Fransada yerləşən villalarını satışa çıxarıblar.
Xarici KİV-in məlumatına görə, cütlüyün ilk dəfə tanış olduğu qəsəbədə yerləşən villanı onlar 2003-cü ildə 1,5 milyon funt sterlinqə almışlar. Bekhemlər evin dizaynına isə 5 milyon funt sterlinq xərcləyiblər.
Ailənin vaxt keçirmədikləri üçün aşağı qıymətə satmaq qərarı verdiyi villanı 2,4 milyon dollara almaq istəyən də var. Şayiələr görə isə, 19-cu əsrdə tikilən mülk "ilk sahibinin ruhu tərəfindən ələ keçirilib".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31










