İŞİD-in neftə cavabdeh lideri öldürüldü
İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının neft əməliyyatlarına cavabdeh olan lideri İraqda məhv edilib.
12 Avqust 2016 14:58 Dünyaİraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının neft əməliyyatlarına cavabdeh olan lideri İraqda məhv edilib.
Xarici KİV xəbər verir ki, Hacı Hamad kimi də tanınan Sami Cassim əl-Caburi köməkçisi ilə birgə İraq kürdlərinin və ABŞ xüsusi təyinatlılarının birgə əməliyyatı zamanı öldürülüb.
İŞİD yaraqlılarının avqustun 11-də Suriya ilə sərhəddəki Əl-Kaim şəhəri ətrafında məhv edildikləri bildirilir.
Neft və qazdan əldə edilən gəlir terrorçuların qazandıqları bütün pulun yarısını təşkil edir.
Ancaq 2015-ci ildə islamçıların neft hasilatı azalaraq 33 min bareeldən 21 minə düşüb. Bunun səbəbi İŞİD-in nəzarətindəki əraziləri itirməsi ilə izah olunur.