Rusiya prezidenti Sergey İvanovun istefaya göndərilməsini şərh edib
Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri kimi Sergey İvanovun işindən məmnun olduğunu bildirib.
12 Avqust 2016 14:49 DünyaRusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri kimi Sergey İvanovun işindən məmnun olduğunu bildirib.
"RİA Novosti" xəbər verir ki, Rusiya prezidenti S.İvanovun özünün onu başqa işə keçirməyi xahiş etdiyini vurğulayıb: "Hörmətli Sergey Borisoviç, sizinlə uzun illərdir birlikdə çalışırıq. Uğurla çalışırıq. Təyin olunmuş sahələrdə tapşırıqları yerinə yetirməyinizdən razıyam".
Xatırladaq ki, bu gün Rusiya prezidenti Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifəsindən azad edərək bu posta Anton Vaynonu təyin edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31