Ermənilər Sarkisyanın üzərinə getdilər - YENİLƏNİB - VİDEO - FOTO

İrəvandakı etiraz yürüşünün iştirakçıları şəhər mərkəzindəki Baqramyan prospektini bağlayıblar. Ölkə parlamenti və Prezident Administrasiyasının binaları da bu küçədədir.

İrəvandakı etiraz yürüşünün iştirakçıları şəhər mərkəzindəki Baqramyan prospektini bağlayıblar. Ölkə parlamenti və Prezident Administrasiyasının binaları da bu küçədədir.

Aksiya iştirakçıları həbsdəki müxalifətçi Jirayr Sefilyanın tərəfdarlarından ibarət olan, iyulun 17-də Xorenasi küçəsindəki Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasını ələ keçirən "Sasna Srer" qrupunu dəstəkləyirlər.

2 mindən artıq erməni yürüşə qatılıblar. Onlar prezident Serj Sarkisyanın istefasını tələb edirlər. Nümayişə qatılanlar Prezident Administrasiyası binasının önünə yönəldiklərindən ətrafda yüzlərlə polis var.

Aksiya iştirakçılarından biri üzərinə benzin tökərək özünə od vurub. Bu şəxsin bədənini bürüyən alovlar söndürülüb. Ağır yanıq xəsarətlərialmış bu şəxs xəstəxanaya aparılıb.

30.07.2016

21:35

İrəvanda həbsdəki müxalifətçi Jirayr Sefilyanın tərəfdarlarından ibarət "Sasna Srer" qruplaşmasının üzvlərinin ələ keçirdiyi Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasına hücum hazırlanır.
Milli.Az "Jamanak"a istinadən bildirir ki, kazarmanın ətrafındakı küçələrdə işıqlar söndürülüb. Hətta svetoforlar da işləmir. Ermənistan DİN-nin xüsusi təyinatlılarından ibarət dəstələr kazarmanın yerləşdiyi ərazini mühasirəyə alıblar. Qonşu binaların damlarında snayperlər var.
Artıq atışma başlanıb, güllə səsləri eşidilir.


İrəvandakı Azadlıq Meydanında isə müxalifətin mitinqi davam edir. Mərhum aktyor Frunzik Mkrtıçyanın dul arvadı Tamara Ohanisyanın dediyinə görə, Ermənistan prezidenti Serj Sarkisyan ölkədən qaçıb: "Məndə olan dəqiq məlumatlara görə Sarkisyan Braziliyadadır".
Bu arada polisin nümayişçiləri dağıtdığı zamanı xüsusi amansızlıqla davrandığına dəlalət edən video yayılıb.


"Sasna Srer" qrupu PPXA kazarmasını iyulun 17-də ələ keçirib. Xorenasi küçəsindəki kazarmaya tərəf nümayişçilərin yürüşü başlayıb.
Nar-Dos küçəsindən keçən nümayişçilərin qarşısını polis Sarı Tax məhəlləsində almağa çalışıb. Amma aksiya iştirakçıları polislə toqquşmadan sonra yollarına davam ediblər.
Politoloq Andrias Qukasyanın dediyinə görə, Ermənistanı daha bir qanlı gecə gözləyir.
PPXA kazarmasına hücuima Ermənistan Polisinin rəis müavini Levon Yeranosyan rəhbərlik edir.
Xorenasi küçəsində hazırda polislə nümayişçilər arasında toqquşma yaşanır. Polis polkovnik-leytenantı S.Hayvazyan aksiya iştirakçılarından "dağılmağı" tələb edib. Artıq həbslər başlanıbö. Polislərin işıq-səs qumbaraları  atmaları nəticəsində yanğın başlayıb. Yanğın nəticəsində Xorenasi küçəsindəki qaz borusu alışıb.
 

21:05

Ermənistanda həbsdə olan Jirayr Sefilyanın tərəfdarlarından ibarət "Sasna Srer" qruplaşmasının Facebook-dakı səhifəsində verilən məlumata görə, İrəvanın Sarı Tax səmtində kritik vəziyyət yaranıb.
Milli.Az bildirir ki, "Sasna Srer" qruplaşmasının üzvlərinin iyulun 17-də əəl keçirdikdəri Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasına hücum edən polislər ətrafdakı evlərə od vurublar. Evlər yanır, yaralılar var.
Onlarla jurnalist döyülüb və tutulub.
Sarı Taxda polislər qarşılarına çıxan hər kəsi rezin dəyənəklərlə döyüblər.
Üç yaralının vəziyyəti kritikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31