Avropa Şurasının baş katibi Sarkisyana xəbərdarlıq etdi
Avropa Şurasının (AŞ) baş katibi Torbern Yaqland Yerevanda baş verən hadisələrdən narahatdır.
30 İyul 2016 10:34 DünyaAvropa Şurasının (AŞ) baş katibi Torbern Yaqland Yerevanda baş verən hadisələrdən narahatdır.
Azvision.az xəbər verir ki, bu barədə AŞ-ın yaydığı bəyanatda bildirilib.
"Mən Avropa Şurasının üzvü olan Ermənistanda silahlı qrupun polis bölməsini ələ keçirməsi ilə bağlı yaranan hadisələrdən narahatlıq duyuram. Qanunların işlədiyi ölkələrdə bütün məsələlər demokratik normalara əsaslanan siyasi dialoq yolu ilə həll olunmalıdır.
Bununla əlaqədar tərəfləri demokratik normalara sadiq olmağa çağırıram. Demokratiya, insan haqları, qanunun aliliyi, dinc aksiyaların keçirilməsi hüququna riayət olunmalıdır", - deyə AŞ sədrinin yaydığı bəyanatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31