Ərdoğan ordu və kəşfiyyatı öz tabeçiliyinə keçirir
"Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı və Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkə prezidentinin tabeliyinə verilməlidir".
29 İyul 2016 01:16 Dünya"Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı və Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkə prezidentinin tabeliyinə verilməlidir".
"Report" bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədəki Prezident Administrasiyasında ölkə parlamentinin sədri (TBMM) İsmail Kahramanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Hərbi komandanlıqların isə nazirliklərin sərəncamına verilməsini istəyirik", - deyə dövlət başçısı söyləyib.
Qeyd edək ki, artıq Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31