Türkiyədə növbəti PKK terroru

PKK terrorçularının Türkiyədə Siirt-Eruh magistral yoluna yerləşdirdikləri partlayıcı maddənin işə düşməsi nəticəsində 3 türk əsgəri şəhid olub.

"Report" xəbər verir ki, bu barədə Siirt Valiliyi açıqlama yayıb.

Məlumata görə, hadisə yerinə jandarm qüvvələri cəlb edilib. Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyat həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31