"Türkiyəni günahlandırmayın"

Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Qərb ölkələri tərəfindən tənqid səsləndirilməsi ikili standartların açıq-aydın nümunəsidir.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

"Bu ikili standartların açıq-aydın nümunəsidir... Biz hamımız Parisdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş terror aktını pislədik. Amma bu zaman heç kim Fransanı insan haqlarını pozmaqda ittiham etmədi. Biz Avropaya üz tuturuq - Fransanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın. Türkiyəni Belçikada terror aktları törədildikdən sonra  fövqəladə vəziyyət  elan olundu. Belçikanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın", - Kalın CNN Türk  telekanalına müsahibəsində bildirib.  
 
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hüquq normaları çərçivəsində  tətbiq ediləcək və insanların gündəlik həyatına təsir etməyəcək: "Lakin hökumət ölkənin təhrikçilərdən təmizlənməsi üçün əlindən gələni edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00