Türkiyədə yüzlərlə qiyamçı ömürlük həbs cəzası alacaq
20 İyul 2016 19:43 DünyaTürkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra həbslərin ardı-arası kəsilmir.
Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki. Yerli mətbuatın yazdığına görə, ən azı 788 nəfər, o cümlədən hərbçilər, polis əməkdaşları, müəllimlər terror təşkilatında üzvlük, Konstitusiyanın pozulması, demokratik seçilmiş hökumətin devrilməsinə cəhd və qəsdən adam öldürmə ittihamları ilə mühakimə olunacaqlar.
Həmin ittihamlar üzrə, mövcud qanunvericiliyə görə, vaxtından əvvəl azadlığa çıxma hüququ olmadan ömürlük həbs cəzası nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00