Türkiyədə 7850 polis işdən çıxarılıb

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar olaraq, 7850 polis işdən azad edilib.

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar olaraq, 7850 polis işdən azad edilib.

Bu barədə "Hürriyyət" qəzeti məlumat verir.

Nəşrin yazır ki, bazar günü gecədən Türkiyədə hüquq-mühafizə orqanlarında qiyamçıların aşkar edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilir. Xidmətdən kənarlaşdırılmış polislərdən nişanları və silahları alınıb.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00