Brayza: Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Bakını etibarlı tərəfdaş hesab etdiyini göstərir

Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir.

Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir.

Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrlə yaxşı münasibətlər qurmaq üçün çalışır

M.Brayza qeyd edib ki, Azərbaycanın Varşavada NATO sammitində iştirakı tam təbiidir: "Bu ondan xəbər verir ki, tərəflər yaxşı münasibətlər, dostluq münasibətləri qurublar. Bundan başqa, Azərbaycan şübhəsiz ki, terrorizmə qarşı mübarizədə mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00