İŞİD Orta Asiya və Qafqaza doğru hərəkət edir

İyunun 29-da Türkiyədə, İstanbul Hava Limanında həyata keçirilən terror aksiyası və terraktın İŞİD Terror təşkilatı tərəfindən törədilməsi barədə yayılan məlumatlar təssüfedici də olsa terrorçuların Türkiyədə asanlıqla hərəkət edə bildikləri reallığını ortaya qoydu. Bu həm də Türkiyə ilə yanaşı onun yaxın qonşularının, ətraf regionun da təhlükədə olduğundan xəbər verirdi.

İyunun 29-da Türkiyədə, İstanbul Hava Limanında həyata keçirilən terror aksiyası və terraktın İŞİD Terror təşkilatı tərəfindən törədilməsi barədə yayılan məlumatlar təssüfedici də olsa terrorçuların Türkiyədə asanlıqla hərəkət edə bildikləri reallığını ortaya qoydu. Bu həm də Türkiyə ilə yanaşı onun yaxın qonşularının, ətraf regionun da təhlükədə olduğundan xəbər verirdi.

Asiya və Türkdilli respublikalarla bağlı araşdırmalar həyata keçirən Türkmen mütəxəssis Əsədullah Oğuzun təhlilində də İŞİD-in Qafqaz və Orta Asiya üçün mümkün təhlükələrindən söhbət açılır. Araşdırmaçı qeyd edir ki, İstanbuldakı Atatürk Hava Limanını qana boyayan 3 terrorçudan ikisinin Orta Asiya, birinin sə Qafqaz regionundan olması hər iki bölgənin radikallaşmağa doğru getdiyini söyləməyə əsas verir. Araşdırmada bildirilir ki, 1991-ci ildə, Sovetlər Birliyinin süqutundan sonra Orta Asiya başda Körfəzdəki Ərəb ölkələri olmaqlabir çox ölkələrdənİslamçı aktivisitlərin axın etdiyi regiona çevrilir.Qapı-qapı gəzib təbliğat fəaliyyətlərinə başlayan islamçı fəallar, bir çox yerlərdə Quran kursları, mədrəsələr açmağa, məscidlər, məktəblər inşa etməyə nail olur. Nəticədə Orta Asiyadan minlərlə şagird yüksək dini təhsil almaq üçün Ərəb ölkələrinə gedir. Bu kimi fəaliyyətlər, dini keçmişini yenidən kəşf etməyə həvəsli böyük bir kütlənin, xüsusilə də kommunizm ideologiyasının çökməsiylə özlərini böyük bir boşluqda hiss edən gənclərin marağına səbəb olurdu. Bu maraq islamçı qrupların Orta Asiyada oturuşmasına təkan verirdi. Lakin uzun müddət dini kimliyindən uzaq qalan Orta Asiya cəmiyyəti, ənənəvi İslam ilə siyasi, radikal ruhanilər arasındakı fərqi hiss edə bilmir, Vəhhabiləri gerçək İslam hesab edirdi. Beləliklə, proseslər Orta Asiyanın radikallaşmasına doğru gedirdi. Lakin Orta Asiyanın İslamla iç-içə iki respublikası- Tacikistan ilə Özbəkistan təhlükəni tez anladı. Çünki 1990-cı illərin əvvəllərində vəhhabilərin dəstəyi ilə qurulan Özbəkistan İslam Hərəkatı region ölkələrini ciddi təhdid edirdi. Tacikistan isə 1992-1997 illəri arasında sürükləndiyi, İslamçılarla kommunistlər arasında baş verən daxili döyüşdən ancaq Rusiyanın köməyi ilə yaxasını qurtara bildi. Özbəkistan İslam Hərəkatının nəzdindəkiözbək və tacik islamçılar, 1997-ci ildə üzləşdikləri məğlubiyyətdən sonra Əfqanıstana sığındı. 2001-ci il, sentyabrın 11-də Nyu- Yorkdakı Dünya Ticarət Mərkəzi qüllələrinə edilən hücumdan sonra ABŞ-ın Əfqanıstanı bombalaması nəticəsində Özbəkistan İslam Hərəkatı da ciddi itki verdi. Onların liderləri Tahir Yoldaş və Cümə Namanqani, öldürülsə də, lakin sağ qalan özbək islamçılar Talibanla birlikdə Pakistanın Vəziristan bölgəsinə çəkildi. Özbək islamçıların 2005-ci ildə Əndican şəhərində reallaşdırdıqları qiyam İslam Kərimov

üçün sarsıdıcı zərbə sayılırdı. Amma Özbəkistan hakimiyyəti bunun qarşısını ala bildi. Özbək islamçıların İŞİD-ə qoşulması prosesinə isə 2014-cü ildən etibarən start verilib. Belə ki, həmin ilin sonlarında Əfqanıstandakı Amerika və NATO qüvvələrinin böyük bir qüvvəsinin çıxarılmasından sonra Pakistanla sərhəddəki Vəziristan əyalətində özünə sığınacaq tapan Orta asiyalı islamçılar qruplar halında Şimali Əfqanıstana gedərək IŞİD-ə qoşulmağa başladılar. Hazırda təxminən 300 özbəyin İŞİD-in tərkibində vuruşduğu bildirilir.Hətta teror təşkilatı daxilində İmam Buxari Camaatı olaraq tanınan qrupun, Suriyadakı ən böyük radikal dinçi Özbək qrup olduğu xəbər verilir.

Bu gün Orta Asiyadan olan islamçıların İŞİD sıralarında yer aldığı açıq etiraf olunur. Hətta qazaxlı islamçıların da terror təşkilatının sıralarında yer aldığı bildirilir. Hər halda bu ölkənin kəşfiyyat orqanlarının açıqladığı məlumat belə deməyə əsas verir. Qazaxıstan kəşfiyyat orqanlarının məlumatında 300-ə qədər qazaz vətəndaşının Suriyada İŞİD-in tərkibində döyüşdüyü qeyd olunur. Keçən ayın 5-də ölkənin qərbindəki Aktobe şəhərində meydana gələn silahlı qarşıdurma regionda radikal dini qruplaşmaların fəallaşdığının, eyni zamanda İŞİD-in Orta Asiyaya təsir dairəsinin artdığının göstəricisi sayıla bilər.

Qırğızıstandan da kifayət qədər silahlı İŞİD terror təşkilatının tərkibində döyüşür. Haırda Suriyadakı İŞİD terror təşkilatının tərkibində 500-ə qədər Qırğızıstan vətəndaşı var. Radikal qırğızlar daha çox ölkənin Özbəkistanla sərhəddindəki Oş və Cəlalabad şəhərlərində yaşayır. Qırğız islamçılarının lideri isə chr("39")Şeyxchr("39") ləqəbiylə tanınan Cuba Hacı Cəlilovdur.

Qafqazlarda isə İŞİD terror təşkilatının əsas hərəkətverici qüvvəsi çeçenlər hesab olunur. Hər an partlamağa hazır bomba rolunu oynayan çeçen silahlıları istənilən an İŞİD rəhbərliyinin tapşırığı əsasında regionda qanlı terraktlar törətməyə hazırdılar. Kifayət qədər təcrübə və döyüş hazırlığına malik çeçen silahlıları Qafqaz regionin ən ciddi təhlükə mənbəyi sayıla bilər.

Göründüyü kimi, İŞİD təhlükəsinə qarşı mübarizə artdıqca, terror təşkilatı da hər ötən gün öz əhatə dairəsini bir qədər də genişləndirərək yeni mövqelər əldə etməyə çalışır. Terror təşkilatının bu dəfə Orta Asiya və Qafqaz regionunu hədəf seçməsi zamanında təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00