Moskva metrosunun altı stansiyası yanğın səbəbiylə müvəqqəti bağlanıb
Moskva metrosunun Taqansko-Krasnopresnenskaya xəttində (bənövşəyi xətt) texniki problemlər səbəbiylə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.
8 İyul 2016 12:15 DünyaMoskva metrosunun Taqansko-Krasnopresnenskaya xəttində (bənövşəyi xətt) texniki problemlər səbəbiylə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.
Bu barədə Moskva metropoliteninin mətbuat xidmətindən məlumat verilib.
Bu hissədə qatarların hərəkətinin dayandırılmasının səbəbi kimi isə gərginliyin olmaması göstərilib.
Qeyd edək ki, daha əvvəl "Vıxino" yerüstü stansiyasında yanğın baş verib. Nəticədə təxminən 100 kvadrat metr ərazi yanıb. Heç kim xəsarət almasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.
Sərnişinlər üçün pulsuz avtobuslar istifadəyə verilib.