Dağıstanda 9 terrorçu öldürülüb
Rusiya Federasiyasının Dağıstan Respublikasında 9 terrorçu zərərsizləşdirilib.
8 İyul 2016 12:09 DünyaRusiya Federasiyasının Dağıstan Respublikasında 9 terrorçu zərərsizləşdirilib.
"RİA Novosti"nin yaydığı məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi rəisinin köməkçisi Rəsul Temirbekov xəbər verib. O bildirib ki, xüsusi əməliyyat Dağıstanın Qarabudaqkənd rayonunda keçirilib: "Diversiya-terror qrupunun 9 üzvü, eləcə də qrupun başçısı Hüseyn Tahirov zərərsizləşdirilib. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına bir neçə dəfə qəsd etmək və qətl cinayətləri ilə əlaqədar axtarışda idi".
Atışma zamanı hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub və daha 3-ü yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00